Tramp: Ukrayna müharibəsi ən çətinlərindən biridir


ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin mürəkkəbliyini əvvəlcədən lazımınca qiymətləndirmədiyini etiraf edib.

AFN.az xəbər verir ki, o bu barədə Ağ Evdə Avropa liderləri və Volodimir Zelenskinin iştirakı ilə keçirilən toplantıda bildirib. “Mən düşünürdüm ki, bu müharibə daha asan həll olunacaq. Amma əksinə, ən çətinlərindən biridir” - deyə ABŞ prezidenti qeyd edib.

Xatırladaq ki, o, seçkilər ərəfəsində qalib gəlsə, münaqişəni “24 saatda” dayandıracağına söz vermiş, lakin sonradan bu bəyanatı sadəcə kinayə kimi qiymətləndirdiyini açıqlamışdı.

Hazırda Tramp Zelenski ilə yanaşı Finlandiya, Fransa, Böyük Britaniya, Almaniya və İtaliya liderləri, eləcə də Avropa Komissiyasının rəhbəri və NATO-nun baş katibi ilə görüşür. Bu qədər dövlət başçısının ilk dəfə eyni vaxtda Ağ Evdə toplaşması məsələnin əhəmiyyətini göstərir.

Məlumatlara görə, danışıqlar uğurlu olarsa, Tramp avqustun 22-də Vladimir Putin və Zelenski ilə üçtərəfli görüş keçirməyi planlaşdırır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu