AŞ rəhbəri: Kiyevə NATO-nun 5-ci maddəsinə bənzər zəmanət vermək istəyirlər

Aİ liderləri ABŞ-la birlikdə Ukraynaya kollektiv təhlükəsizliklə bağlı NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik təminatları vermək, Ukraynaya silah-sursat verməyə və Ukrayna Silahlı Qüvvələrinə təlim keçməyə davam etmək istəyirlər.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa Şurasının rəhbəri Antonio Kosta Aİ-nin fövqəladə onlayn sammitindən sonra keçirilən mətbuat konfransında deyib.
“ABŞ-ın ardıcıl iştirakı ilə NATO-nun 5-ci maddəsinə bənzər Ukrayna üçün təhlükəsizlik təminatlarının hazırlanmasının vaxtı çatıb. Ukrayna ordusu Avropa müdafiəsinin birinci xəttinə çevrilməli, Brüssel isə Ukraynaya bütün hərbi yardımı gücləndirməli və blokdan çıxarmalıdır”, - deyə Kosta bildirib.