Aİ ölkələri martın 6-da Ukraynanın təhlükəsizlik təminatlarını müzakirə edəcək

Aİ liderləri Ukrayna üçün Avropa təhlükəsizlik təminatlarını və suveren müdafiə tədbirlərini müzakirə etmək üçün martın 6-da fövqəladə sammitdə bir araya gələcəklər.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Antonio Kostanın mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, artıq Aİ liderlərinə görüşlə bağlı məlumat verilib.
"İştirakçılar Avropanın cari və gələcək təhlükəsizlik çağırışlarına daha effektiv və daha yaxşı hazır olması üçün qısa müddətdə ilkin qərarlar qəbul etmək məqsədi ilə Avropa müdafiəsi məsələsinə baxacaqlar. Aİ Ukrayna üçün uzunmüddətli sülhü təmin etmək üçün zəruri olan gələcək təhlükəsizlik təminatlarına töhfə verməyə hazır olmalıdır”, - deyə Kosta bildirib.