Avropa İttifaqı ölkələrinin liderləri Aİ-nin yeni idarəçilərini müəyyənləşdirəcək


Avropa İttifaqı ölkələrinin liderləri Avropa Parlamentinə seçkilərdən sonra qeyri-rəsmi zirvə toplantısında qarşıdakı 5 il ərzində Aİ-ni idarə edəcək adları müəyyən etmək üçün bir araya gəliblər.



Avropa İttifaqına (AB) üzv olan 27 ölkənin liderləri Birliyin yüksək səviyyəli icraçı vəzifələri olan Aİ Şurası, Aİ Komissiyası və Avropa Parlamentinin (AP) sədrliklərinə və Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinə uyğun gördükləri adları müzakirə etmək üçün Brüsseldə toplaşıblar.

Qeyri-rəsmi liderləri nahar süfrəsi arxasında bir araya gətirən sammitin sonunda rəsmi qərar açıqlanmayacaq. Qərar iyunun 27-28-də keçiriləcək rəsmi sammitdə açıqlanacaq.

Bununla belə ən mühüm 4 kürsüdə kimin oturacağı ilə bağlı artıq pərdə arxasında razılığın əldə olunduğu da bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu