Avropa Komissiyası Ukraynaya namizəd statusunun verilməsini rəsmən tövsiyə etdi
Avropa Komissiyası Ukraynaya Avropa İttifaqına üzvlüklə bağlı namizəd statusunun verilməsini rəsmi olaraq tövsiyə edib.
“Qafqazinfo” “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen açıqlayıb.
Xatırladaq ki, Fransa, Almaniya və İtaliya liderləri iyunun 16-sı Kiyevdə Ukraynaya namizəd statusunun verilməsini dəstəklədiklərini bildiriblər.
Ukraynaya belə bir statusun verilməsi ilə bağlı rəsmi qərar iyunun 23-ü Aİ liderlərinin sammitində açıqlanacaq.