Estoniya XİN vətəndaşlarını Rusiyaya səfərdən çəkinməyə çağırıb

Estoniya Xarici İşlər Nazirliyi vətəndaşlarını Rusiyaya səfərdən çəkinməyə çağırıb.
AFN.az xəbər verir ki, bu barədə qurumun saytında açıqlama yayımlanıb.
"XİN Rusiyaya hər hansı səfərdən çəkinməyi qətiyyətlə tövsiyə edir. Rusiyada müvəqqəti olan Estoniya vətəndaşlarına bu ölkədə qalma zərurəti barədə diqqətlə düşünmələri tövsiyə olunur. Xarici İşlər Nazirliyi həmçinin Estoniya vətəndaşlarına mümkün qədər tez Estoniyaya qayıtmağı tövsiyə edir", - deyə bəyanatda bildirilir.