Estoniya Patriarx Kirill də daxil olmaqla 58 rusiyalının ölkəyə girişinə qadağa qoyub
Estoniya Xarici İşlər Nazirliyi Patriarx Kirill də daxil olmaqla 58 rusiyalının ölkəyə girişinə qadağa qoyub.
AFN.az TASS-a istinadən xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.
"Bu gün xarici işlər naziri Marqus Tsaxkna 58 nəfərin, o cümlədən Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirillin və hüquq müdafiəçisi Vladimir Kara-Murzanı təqib edən və həbs edən 9 nəfərin Estoniyaya girişini qadağan edən "Maqnitski siyahısı"nı yenidən qüvvəyə mindirdi" - deyə XİN-in açıqlaçasındadeyilir.
Estoniyanın rəsmi mövqeyi ondan ibarətdir ki, Kara-Murzanın təqibçiləri qlobal insan haqları sanksiyaları rejiminə daxil edilməlidir.
Tsaxkna bildirib ki, Rusiyanın Ukraynaya qarşı hərəkətlərini dəstəkləyən insanlar Estoniyada xoş qarşılanmır. Xarici İşlər Nazirliyinin rəhbəri bütün ölkələri Rusiyanın hərəkətlərini dəstəkləyənlər üçün ölkəyə giriş qadağası tətbiq etməyə çağırıb.