Bakıda kişi öldürüldü, sevgilisi saxlanıldı


Avqustun 19-da Xəzər rayonunda ölüm hadisəsi baş verib.

Avqustun 19-da saat 02:00 radələrində paytaxtın Xəzər rayonunun Şağan qəsəbəsində 1979-cu il təvəllüdlü Elşad Şıxıyevin yaşadığı evdə özünə kəsici alətlə xəsarət yetirməsi nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.

Araşdırmalarla E.Şıxıyevin qeyri-rəsmi nikah münasibətində olduğu qadın tərəfindən qətlə yetirildiyinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Aysel Rufullayeva saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar aparılır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu