Aİ XİN başçıları avqustun 28-30-da 19-cu antirusiya sanksiyalarını müzakirə edəcəklər

Avropa İttifaqı xarici işlər nazirləri avqustun 28-30-da Brüsseldə qeyri-rəsmi görüşdə Rusiyaya qarşı 19-cu sanksiyalar paketinə baxacaqlar.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının fövqəladə onlayn sammitindən sonra Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallas X hesabında yazıb.
“Rusiyaya qarşı yeni sanksiyalar paketi gələn aya hazır olmalıdır. Mən bu məsələləri gələn həftə Aİ xarici işlər və müdafiə nazirlərinin görüşünün gündəliyinə qoymuşam”, - deyə o qeyd edib.
Daha əvvəl TASS-dakı mənbə Ukrayna ilə bağlı diplomatik səylərdən asılı olmayaraq, 19-cu paketin 28-30 avqust tarixlərində keçiriləcək görüşdə nazirlər tərəfindən təqdim ediləcəyini bildirmişdi.