Aİ XİN rəhbərləri avqustun 29-30-da Rusiyaya qarşı 19-cu sanksiya paketini müzakirə edəcəklər

Avropa İttifaqının xarici işlər nazirləri avqustun 29-30-da Kopenhagendə keçiriləcək qeyri-rəsmi görüşdə Rusiyaya qarşı 19-cu sanksiyalar paketini müzakirə edəcəklər.
AFN.az xəbər verir ki, bu barədə TASS-a Brüsseldəki mənbə məlumat verib.
“Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin ətraflı müzakirəsi avqustun 29-30-da Kopenhagendə keçiriləcək və burada növbəti Gymnich (Aİ xarici işlər nazirlərinin ildə iki dəfə keçirilən qeyri-rəsmi görüşləri formatı – red.) keçiriləcək”, - deyə mənbə bildirib.
Qeyd edilir ki, Ankoricdə keçirilən Rusiya-ABŞ sammitinin nəticələri Aİ ölkələri tərəfindən 19-cu anti-Rusiya sanksiyalar paketinin müzakirəsinə təsir edəcək.