Aİ ölkələri Rusiyaya qarşı 17-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər

Avropa İttifaqının Daimi Nümayəndələr Komitəsinin (COREPER) bu gün keçirilən iclasının gündəliyinə əsasən, Rusiyaya qarşı 17-ci sanksiyalar paketinin razılaşdırılmasına başlanıb.
Sənəddə qeyd edilir ki, səfirlər Ukraynanın ərazi bütövlüyü və suverenliyinə xələl gətirdiyinə görə Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirləri nəzərdən keçirəcəklər.
Avropa Komissiyası ötən həftə icma ölkələrinə 17-ci sanksiyalar paketini təqdim edib. Qurum Rusiya neftini daşıyan 60 şəxs və təşkilatı, həmçinin 150 tankeri qara siyahıya salmağı təklif edir.
Paketin Aİ xarici işlər nazirlərinin mayın 20-də keçiriləcək iclasında təsdiqlənməsi gözlənilir.