Aİ Kiyevə yeni hava hücumundan müdafiə təchizatını müzakirə edəcək


Avropa Birliyinin xarici işlər və müdafiə nazirləri avqustun 29-30-da Brüsseldə keçiriləcək qeyri-rəsmi görüşdə Kiyevə yeni hava hücumundan müdafiə sistemlərinin tədarükü məsələsini müzakirə edəcəklər.


AFN.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrel deyib.

"Rusiya yenidən Ukraynanın infrastrukturuna, o cümlədən su elektrik stansiyalarına kütləvi hava zərbələri endirib. Ukraynanın təcili olaraq hava hücumundan müdafiəsinə ehtiyacı var. Mən bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba və Avropa İttifaqının xarici işlər nazirləri ilə cümə axşamı qeyri-rəsmi görüşdə müzakirə edəcəyəm", - deyə Borrel X-da yazıb.

O, bir daha Rusiya ərazisində Qərb silahlarından istifadə etməyə qoyulan məhdudiyyətlərin tamamilə ləğv edilməsinə çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu