Borrell: Ukraynada enerji potensialının 70 faizi məhv edilib
Ukraynanın enerji potensialı məhv edilir.
AFN.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Cozef Borrel Aİ xarici işlər nazirlərinin görüşünə gələrkən deyib.
Avropa İttifaqına daxil olan ölkələrin xarici işlər nazirləri Kiyevə enerji dəstəyinin gücləndirilməsi və hava hücumundan müdafiə sistemlərinin təchizatını müzakirə edəcəklər.
“Ukraynada enerji sisteminin 70 faizi məhv edilib, biz bunun qarşısını almalıyıq. Mən nazirləri buna çağıracağam. İndi yaydır, amma qışda vəziyyət daha gərgin ola bilər. Bizim müzakirə edəcəyimiz ikinci məsələ hava hücumundan müdafiə sistemlərinin bərpası və ya dəyişdirilməsi üçün daha çox dəstəkdir" - deyə Borrel toplantıdan əvvəlki açıqlamasında qeyd edib.