Borrell: Aİ Ukrayna tunelinin sonunda işıq görmür


Avropa sanksiyaları Rusiyanın müdafiə sənayesini məhv edə bilmədi və indi Aİ Ukrayna tunelinin sonunda işığı görmür.


TASS xəbər verir ki, bunu Aİ-Mərkəzi Asiya nəqliyyat investisiya forumunda çıxış edən Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Cozef Borrel deyib.

O vurğulayıb ki, Avropa İttifaqı Rusiyaya qarşı geniş sanksiyalar tətbiq edib, onun fikrincə, bu, Rusiya hərbi maşınını xeyli zəiflədib, lakin hələ də mövcuddur.

"Müharibə davam edir və döyüşlər daha da şiddətlənir və biz Ukrayna tunelinin sonunda işığı görmürük" - deyə Borrel qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu