Borrell Aİ-ni Hindistana sanksiyalar tətbiq etməyə çağırıb


Avropa İttifaqı Hindistanın Rusiya neftini emal etdikdən sonra Avropaya satmaq üçün böyük həcmdə almasından xəbərdardır. Qurum Rusiya neftinin alınmasının qarşısını almaq üçün Hindistana qarşı əlavə tədbirlər görməlidir.


AFN.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Cozef Borrell "Financial Times"a müsahibəsində deyib. "Əgər dizel yanacağı və ya benzin Avropaya Hindistandan gəlirsə və Rusiya neftindən istehsal olunursa, bu, əlbəttə ki, sanksiyalardan yayınmadır və Aİ-yə üzv dövlətlər tədbir görməlidir", - deyə Borrel qeyd edib.

Hindistan Ukraynada hərbi münaqişə başlayandan bəri Rusiya xam neftinin ən böyük alıcılarından birinə çevrilib.Ölkənin neftayırma şirkətləri Rusiya xam neftini əhəmiyyətli endirimlə almaqla daha çox qazanc əldə etməyə başlayıblar. Hindistandan yanacaq emal olunduqdan sonra Aİ ölkələrinə çatdırılır. Bu ticarət Rusiyaya qarşı əvvəlki sanksiyaları pozmur, lakin daha sərt məhdudiyyətlərə çağıranlar tərəfindən tənqid edilir.

Cozef Borrelin sözlərinə görə, Rusiya neftinə 2022-ci ilin dekabrında G7 ölkələri, Aİ və Avstraliya tərəfindən 60 dollar/barel səviyyəsində tətbiq edilən qiymət həddi Rusiyanın yanacaq satışından əldə etdiyi gəliri azaldıb. "Hindistanın Rusiya neftini alması normaldır. Bizim məhdudiyyətlərimiz sayəsində Hindistan nefti daha ucuz ala bilər. Rusiya nə qədər az pul alsa, bir o qədər yaxşıdır" - deyə Aİ rəsmisi fikrinə aydınlıq gətirib. O, qeyd edib ki, Hindistan tərəfi Rusiya neftindən Avropa ölkələrinə satmaq üçün istifadə edirsə, "hərəkət etmək lazımdır". "Rusiya neftinin satışını azaldacaq istənilən mexanizm Aİ ölkələri tərəfindən həyata keçirilməlidir" - deyə Borrel vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu