Almaniyanın Hindistandan neft məhsulları idxalı 12 dəfə artıb


Almaniyanın Hindistandan neft məhsulları idxalının məbləği ilin 7-ci ayında keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 12 dəfə artaraq 451 milyon avroya çatıb.


Almaniya Federal Statistika İdarəsinin məlumatına görə, Hindistanın Almaniyaya ixracatı yanvar-iyul dövründə 1,7 faiz artaraq 8,7 milyard avroya çatıb. Sözügedən məbləğin 451 milyon avrosu neft məhsullarının alışından ibarət olub.

Ötən ilin yanvar-iyul aylarında Hindistandan 37 milyon avro dəyərində neft məhsulları idxal edən Almaniya bu ilin eyni dövründə idxalını təxminən 12 dəfə artırıb.

Maraqlıdır ki, Almaniyanın neft məhsulları idxalında artım Rusiyanın Ukrayna ilə müharibəyə girməsindən və Hindistanın Rusiya neftinin ən mühüm alıcılarından birinə çevrilməsindən sonra Qərbin tətbiq etdiyi sanksiyalardan sonra baş verib.

ABŞ və Aİ-nin təzyiqlərinə baxmayaraq, Yeni Dehli hökuməti Rusiyaya qarşı sanksiyalara qoşulmayıb və Rusiyanın neft və digər əmtəələri endirimlə almaq təklifini qəbul edə biləcəyini bəyan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu