Hindistan XİN Cozef Borrelə cavab verdi: Qaydalara baxın...
Hindistan Xarici İşlər Nazirliyi Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Cozef Borrellin Rusiyadan gələn neftlə bağlı fikirlərinə cavab verib.
AFN.az xəbər verir ki, Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar Cozef Borrelin Rusiya neftindən hazırlanan Hindistan neft məhsullarının idxalına mümkün məhdudiyyətlə bağlı bəyanatına münasibət bildirərkən, diplomata xitabən "AB Şurasının qaydalarına baxın" - deyib.
Hindistan Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, Rusiyadan gələn neft əhəmiyyətli dərəcədə üçüncü ölkələrdə emal olunur və artıq Rusiya məhsulu hesab edilmir. Cayşankarın sözlərinə görə, bu kontekstdə Avropa diplomatiyasının rəhbəri Aİ Şurasının 833/2014 saylı Əsasnaməsi ilə tanış olmalıdır.
Hindistanın Ticarət və Sənaye Nazirliyinin məlumatına görə, Rusiya 2022/23 maliyyə ilində Hindistana ən böyük neft ixracatçısı olub. Moskva Yeni Dehliyə 50,84 milyon ton neft çatdırıb. Rusiya baş nazirinin müavini Aleksandr Novak da 2022-ci ildə Rusiyadan Hindistana neft tədarükünün 22 dəfə artdığını bildirmişdi.
Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Cozef Borrell qurumun Hindistanın Rusiya neftini emal etdikdən sonra Avropaya satmaq üçün böyük həcmdə almasından xəbərdar olduğunu, Rusiya neftinin alınmasının qarşısını almaq üçün Hindistana qarşı əlavə tədbirlər görməli olduğunu deyib.