Hindistan Britaniya diplomatının Pakistanın nəzarətində olan Kəşmirə səfərinə etiraz edib


Hindistan yüksək səviyyəli bir britaniyalı diplomatın Pakistanın nəzarətində olan Kəşmirə səfərinə etiraz edib.

Hindistan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, bu səfər Hindistanın suverenliyini və ərazi bütövlüyünü pozur.


Böyük Britaniyanın Pakistandakı ali komissarı Ceyn Marriott yanvarın 10-da Britaniya Xarici İşlər Nazirliyinin rəsmisi ilə birlikdə Kəşmirə səfər edib.

Hindistan xarici işlər naziri Vinay Kvatra səfərlə bağlı Böyük Britaniya Ali Komissarlığına kəskin etiraz edib, nazirlik səfəri "qəbuledilməz" adlandırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu