Hindistan Britaniya ilə ticarət danışıqlarını dayandırır


Hindistan Böyük Britaniya ilə ticarət danışıqlarını dayandırıb.


AFN.az xəbər verir ki, bu barədə Britaniya hökumətindəki mənbəyə istinadən "The Times" qəzeti yazıb. BU qərarın verilməsinə səbəb Britaniyanın keçən ay Londonda Hindistan Ali Komissiyasının binasına hücum edən siqh ekstremist qrupunu qınamaqdan imtina etməsidir. "Hindistanlılar Böyük Britaniyada Xalistan ekstremizmini pisləyən kütləvi nümayiş keçirməyənə qədər ticarət haqqında danışmaq istəmirlər", - deyə nəşr yazır.

Qeyd edək ki, martın 19-da Xalistan pankartları daşıyan etirazçılar Ali Komissiyanın qarşısında nümayiş keçirərək Pəncabda polisin hərəkətlərini pisləmək üçün binanın birinci mərtəbəsinin eyvanından Hindistan bayrağını endiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu