Böyük Britaniyanın xarici işlər naziri İsrailə səfər edib
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli İsrailə səfər edib.
Britaniya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Ceyms Kleveril bu gün HƏMAS terror hücumlarından sonra Böyük Britaniyanın İsrail xalqı ilə sarsılmaz həmrəyliyini nümayiş etdirmək üçün İsrailə gedib.
"O, Böyük Britaniyanın İsrailin özünümüdafiə hüququna dəstəyini ifadə etmək üçün hücumlardan sağ çıxanlarla və yüksək səviyyəli İsrail liderləri ilə görüşəcək" - deyə bildirilib.