HƏMAS Fələstin xalqı üçün təhlükədir - Britaniya XİN


Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bildirib ki, HƏMAS Fələstin xalqı üçün ən böyük təhlükədir.


“Onlar (Həmas yaraqlıları – red.) xəstəxanalarda və məktəblərdə gizlənir, qadın və uşaqları canlı qalxan kimi istifadə edirlər. İstənilən mülki şəxsin ölümü faciədir. Fələstinli və ya israilli, HƏMAS bu itkilərin səbəbidir”, - deyə o, X səhifəsində yazıb.

HƏMAS oktyabrın 7-də səhər saatlarında İsraili atəşə tutub. Silahlılar ölkənin cənubundakı sərhəd bölgələrini zəbt ediblər. İsrailin müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması barədə göstəriş verib. Bundan əlavə, İsrail tərəfi cavab olaraq Qəzza zolağındakı hədəflərə zərbələr endirməyə başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu