Hindistan Pakistanla danışıqlar üçün şərtlərini açıqladı


Hindistan terror təhlükəsi və düşmənçiliyin olmadığı bir şəraitdə Pakistanla münasibətlərin normallaşdırılmasına dair danışıqlar apara bilər.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Arindam Bağçi deyib.

"Hindistanın bu məsələdə aydın və ardıcıl mövqeyi hamıya məlumdur. Biz bütün qonşularımızla, o cümlədən Pakistanla normal mehriban qonşuluq münasibətləri arzulayırıq. Bunun üçün terror və düşmənçilikdən azad bir mühit lazımdır", - “The Times of India” diplomatın sözlərindən sitat gətirib.

Bağçi bəyanatı Pakistanın baş naziri Şahbaz Şərifin Hindistanla ikitərəfli münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlara başlamaq istəyinə cavab olaraq verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu