Ankarada Türkiyə, Rusiya, Suriya və İran liderlərinin görüşü gözlənilir
Türkiyə, Rusiya, Suriya və İran liderləri arasında Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması üçün yaxın vaxtlarda görüş keçirilə bilər.
AFN.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın CNN Türk-ə müsahibəsində deyib.
O, seçkilərin danışıqlar prosesinin keçirilməsinə təsir etdiyi bildirib: "Qarşıdakı görüşlər nazir müavinləri səviyyəsində davam etdiriləcək. Qısa müddətdə danışıqlar püxtələşdikdən sonra qərar veriləcək və hərəkətə keçmək mümkün olacaq. Rəhbərlik səviyyəsində müzakirə olunacaq məsələlər də var. Deyə bilərəm ki, bu, yaxın vaxtlarda həyata keçirilə bilər”.
Bundan əvvəl Moskvada Rusiya xarici işlər nazirləri Sergey Lavrov, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan, Suriyanın xarici işlər naziri Feysəl Mikdad və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş keçirilib. Danışıqlar Dəməşq və Ankara arasında münasibətlərin normallaşdırılması və ziddiyyətlərin aradan qaldırılması cəhdləri fonunda baş tutub.