Türkiyə, Rusiya, Suriya və İran XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb


Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov, Feysəl əl-Mikdad və Hüseyn Əmir Abdullahian arasında mayın 10-da Moskvada keçirilən görüşdə müzakirə olunan məsələlər açıqlanıb.


“Report”un xəbərinə görə, M.Çavuşoğlu tviterdə yazıb ki, həmkarları ilə terrorla mübarizə sahəsindəki əməkdaşlıq, Türkiyədəki suriyalı qaçqınların geri qayıtması ilə bağlı mexanizmin hazırlanması, siyasi prosesin davam etdirilməsi və Suriyanın ərazi bütövlüyünün qorunmasını müzakirə ediblər.

Qeyd edək ki, bu gün Moskvada dörd ölkənin XİN başçıları arasında görüş keçirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu