İran Azərbaycanla razılaşmadan imtina etdi


“İran regionun coğrafiyasında hər hansı dəyişikliyi qəbul etmir”.


AFN.az xəbər verir ki, İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Qafqaz regionundakı münaqişədən danışarkən belə deyib.
Ankaraya səfər zamanı keçirilən danışıqlardan sonra Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında Abdullahian Tehranın bununla bağlı rəsmi mövqeyini yenidən səsləndirib.
Türkiyənin xarici işlər naziri də çıxışında bu açıqlamaya reaksiya verərək “Biz qonşumuz İranla regional məsələlərdə razıyıq”-deyə cavab verib.
Danışıqlarda ölkələr arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub və ticarət dövriyyəsinin ildə 30 milyard dollara çatdırılması qarşıya məqsəd qoyulub.
Xarici işlər nazirləri İranın nüvə sazişi məsələsini, Əfqanıstan, Suriya və İraqdakı problemləri müzakirə ediblər.
“Mən iranlı həmkarımla Suriya məsələsini müzakirə etdim və biz Suriyanın ərazi bütövlüyü ilə bağlı Astana sazişinin müddəalarının həyata keçirilməsini tələb edirik”, - Çavuşoğlu bildirib.
O, “Qərb ölkələrinin İraq və Suriya ilə bağlı tələblərini diktə etməyə və müdaxilə etmələrinə ehtiyac olmadığını” vurğulayaraq əlavə edib: “Biz Suriya ilə əlaqələri davam etdirmək niyyətimiz barədə İran və Rusiyanı məlumatlandırmışıq”.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu