Çavuşoğlu Moskvada keçirilən Suriya görüşündən sonra açıqlama verib


Moskvada Türkiyə, Rusiya, İran və Suriya xarici işlər nazirlərinin görüşü keçirilib.


AFN.az xəbər verir ki, nazir Çavuşoğlu sammitdən sonra açıqlamalar verib.

Moskvada Rusiya Xarici İşlər Nazirliyinin binasında keçirilən görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlu, Rusiya xarici işlər naziri Sergey Lavrov, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Suriyanın xarici işlər naziri Feysəl əl-Mikdad iştirak edib.

Xarici işlər naziri Mövlud Çavuşoğlu Suriya sammitindən sonra verdiyi açıqlamada terrorla mübarizə, əməkdaşlıqda geri dönüş üçün infrastrukturun təmin edilməsi, siyasi prosesin irəlilədilməsi və Suriyanın ərazi bütövlüyünün qorunmasında əməkdaşlığın zəruriliyini vurğulayıb.

Çavuşoğlu iranlı həmkarı ilə görüşündən danışaraq bildirib ki, Moskvada İran xarici işlər naziri ilə görüşümüzdə Suriya, yüksək səviyyəli səfərlər, iqtisadi və enerji əməkdaşlığımız gündəmimizin əsas məsələsi olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu