Lavrov Pakistanla neft danışıqlarının yekun mərhələsini açıqlayıb


Rusiya və Pakistan arasında iki ölkənin təşəbbüsü ilə başlaya biləcək neft layihəsi ilə bağlı danışıqlar yekun mərhələdədir.


AFN.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Xarici işlər naziri bunu ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümü ilə əlaqədar Pakistan vətəndaşlarına müraciətində deyib.

O, həmçinin əmin edib ki, hər iki ölkə təhlükəsizlik və ikitərəfli ticarət sahəsində tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir: “Rusiya keçən il bir milyon tonu ötməklə Pakistana əsas buğda tədarükçüsünə çevrilib”, - Lavrov bildirib.

Eyni zamanda, baş nazir Şehbaz Şərif bildirib ki, Rusiyadan ilk neft partiyası artıq bazar ertəsi, iyunun 12-də Pakistana gəlib. Xammal Pakistanın Kəraçi limanına çatdırılıb.

Şərif hadisəni əlamətdar adlandırıb və əlavə edib ki, bu, Pakistan və Rusiya arasında yeni münasibətlərin başlanğıcıdır. O qeyd edib ki, ölkəsi “rifah, iqtisadi artım və enerji təhlükəsizliyinə” daha da yaxınlaşır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu