Lavrov Ermənistanı KTMT-də iştirakla bağlı yekun qərarı verməyə çağırıb


Rusiya Ermənistandan KTMT-də iştirakla bağlı yekun qərarını gözləyir.



Bunu martın 2-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatik Forumunda mətbuat konfransı zamanı deyib.

Rusiya XİN rəhbərinin sözlərinə görə, Ermənistan İrəvana rəğbət bəsləyən və bütün problemlərində ona kömək edəcəyini vəd edən regiondankənar dövlətlərə arxalanmağa qərar verib.

Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 22-də Ermənistanla təşkilat arasında münasibətlərin dondurulduğunu açıqlayıb. Onun sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Ermənistana münasibətdə, xüsusən 2021-2022-ci illərdə yerinə yetirilməyib. Baş nazir qeyd edib ki, Ermənistan hələ də KTMT-dən təşkilatın məsuliyyət sahəsi ilə bağlı suala cavab almayıb. Bundan başqa, Paşinyan respublikanın de-yure KTMT ilə münasibətləri donduracağını istisna etməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu