NATO-nun xarici işlər nazirləri Praqada toplaşır: gündəm Ukraynadır
NATO ölkələrinin xarici işlər nazirləri Alyansın gündəliyində duran məsələləri, xüsusilə də Ukraynaya dəstəyin formalarını müzakirə etmək üçün Çexiyanın paytaxtı Praqada qeyri-rəsmi toplantıda bir araya gələcək.
XİN rəhbərləri bu il iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammitinə hazırlıq məqsədilə Praqada qeyri-rəsmi görüşlər keçirəcəklər.
İki gün davam edəcək toplantıda Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edəcək.
Nazirlər Alyansın gündəliyində olan çəkindirmə və müdafiə ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparacaq və Ukraynaya dəstəyi ətraflı müzakirə edəcəklər.
Xüsusilə hava hücumundan müdafiə və artilleriya sursatlarının tədarükünə diqqət yetiriləcək toplantıda davamlılığını təmin etmək üçün Ukraynaya verilən dəstəyi institutsionallaşdırmaq və Alyans daxilində ədalətli yük paylaşımını təmin etmək yolları axtarılacaq.
Hava hücumundan müdafiə məsələsinin Yunanıstan və Polşanın, eləcə də Ukraynanın müəllifi olduğu “Avropada ümumi hava məkanı” təklifi kontekstində müzakirə olunacağı gözlənilir.