Dağıstanın daxili işlər nazirinin müavini saxlanılıb


Dağıstan Daxili İşlər Nazirliyinin rəis müavini - istintaq idarəsinin rəisi Rüfət İsmayılov saxlanılıb.


Regionun hüquq-mühafizə orqanlarından TASS-a verilən məlumata görə, İsmayılovun evində və işində axtarışlar aparılır.

“RİA Novosti” dəqiqləşdirib ki, adıçəkilən məmur rüşvətxorluqda şübhəli bilinir.

Rüfət İsmayılov 2019-cu il dekabrın 4-də nazir müavini vəzifəsinə təyin edilib və bundan əvvəl bir neçə ay müddətində müvəqqəti olaraq bu vəzifədə çalışıb. Dərbənddə anadan olub. O, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Nijni Novqorod Akademiyasını bitirib, Dərbənd Şəhər Daxili İşlər İdarəsinin rəis müavininin istintaq işi üzrə müavini işləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu