Dağıstanın daxili işlər nazirinin müavininə qarşı cinayət işi başlanıb


İstintaq Komitəsi Dağıstanın daxili işlər nazirinin müavini Rüfət İsmayılova qarşı xüsusilə külli miqdarda rüşvətxorluq maddəsi ilə cinayət işi açıb.


AFN.az-ın məlumatına görə, bu barədə FSB-nin regional idarəsinin mətbuat xidməti xəbər yayıb.

“Dağıstan Respublikası daxili işlər nazirinin müavini - Dağıstan Respublikası Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin rəisi, ədliyyə polkovniki İsmayılov R.İ. və Daxili İşlər Nazirliyinin Dağıstan Respublikası üzrə İstintaq İdarəsinin rəis müavini ədliyyə polkovniki Abdulqapurov D.K. barəsində xüsusilə külli miqdarda rüşvət vermə və alma maddəsi ilə cinayət işi açılıb”, - deyə "RİA Novosti" xəbər verib.

Kəşfiyyat xidməti istintaq çərçivəsində İsmayılov və Əbdülqaparovun saxlanılmasına aydınlıq gətirib.

Respublikanın hüquq-mühafizə orqanlarındakı mənbə bu gün günorta saatlarında İsmayılovun rüşvət almaqda şübhəli bilinərək saxlanıldığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu