Dağıstan DİN-in rəis müavini iki rüşvət alma halında və səlahiyyət həddini aşmaqda ittiham olunur


Dağıstan Daxili İşlər Nazirliyinin rəis müavini Rüfət İsmayılov və onun tabeliyində olan şəxs iki rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunub.


Bu barədə TASS-a onların həbsi ilə bağlı istintaqdan vəsatət daxil olan Moskvanın Basmannı Məhkəməsinin mətbuat xidmətindən bildirilib.

Hələlik məhkəmədə ittihamların mahiyyəti dəqiqləşdirilməyib.

Daha əvvəl FSB-nin Dağıstan üzrə İdarəsinin mətbuat xidməti İsmayılovun saxlanması barədə məlumat vermişdi. Onun iş otağında və evində axtarışlar aparılıb.

İdarədən verilən məlumata görə, cinayət işində iştirak edən digər şəxs Dağıstan Respublikası Daxili İşlər Nazirliyinin istintaq idarəsinin rəis müavini Abdulqapurov D.K.-dır.Hər ikisi barəsində həbs-qətimkan tədbiri seçilmək üçün Moskvaya aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu