İsrail "Associated Press"in avadanlıqlarını geri qaytarmaq qərarına gəlib

ABŞ administrasiyasının təzyiqindən sonra İsrailin bu gün Qəzza zolağında ələ keçirdiyi Associated Press agentliyinin canlı yayım avadanlıqlarını geri qaytaracağı bildirilib.
İsrailin rabitə naziri Şlomo Karhi özünün X sosial media hesabında ABŞ-da yerləşən Associated Press (AP) xəbər agentliyinin avadanlığının ələ keçirilməsi ilə bağlı yeni paylaşım edib.
Karhi AP-nin avadanlıqlarının geri qaytarılmasını əmr verdiyini bildirib.
Digər tərəfdən İsrail mətbuatı ABŞ rəhbərliyinin İsrail hökumətindən AP-nin canlı yayım avadanlıqlarının müsadirə edilməsi qərarını ləğv etməsini istədiyini yazıb.
Bildirilib ki, ABŞ-ın təzyiqi ilə baş nazir Benyamin Netanyahu AP-nin avadanlıqlarının rabitə naziri Karhiyə qaytarılmasını əmr edib.