Səfirlik Fransada yaşayan Azərbaycan vətəndaşlarına çağırış edib


Azərbaycanın Fransadakı səfirliyi növbədənkənar Prezident seçkiləri ilə bağlı ölkədə daimi və ya müvəqqəti yaşayan 18 yaşını tamamlamış Azərbaycan vətəndaşlarına çağırış edib.


Bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, 7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Prezident seçkilərində xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarında hazırlıq işləri görülməkdədir. Bu məqsədlə xarici ölkələrdəki Azərbaycan diplomatik və konsulluqlarında seçki məntəqələri yaradılmaqdadır.

"Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etmək istəyən, Fransa Respublikasında daimi yaşayan və ya
müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahısına əlavə olunması məqsədilə 29 dekabr 2023-cü il tarixinədək aşağıda qeyd olunmuş əlaqə vasitələri ilə Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinə müraciət etmələri xahiş olunur", - müraciətdə deyilib.

Telefon: -33(0)144186023 +33(0)674740398 (Whatsapp qaynar xətt)

Elektron ünvan: consul_paris@mission.mfa.gov.az

Müraciət zamanı seçici siyahısına əlavə edilməsi məqsədilə Azərbaycan Respublikası vətəndaşının tam adı (soyadı, adı, atasının adı), doğulduğu tarix (il, ay ve gün) və yaşadığı ünvan barədə məlumat təqdim olunmalıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu