Rusiya səfirliyi Qafandakı konsulluq barədə açıqlama verdi


Rusiyanın Ermənistandakı səfirliyi Moskvanın Qafanda Baş konsulluq açmaq istəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.


Belə ki, səfirliyin mətbuat xidməti “Johovurd” qəzetində Rusiyanın Zəngəzurda konsulluq açmaq niyyətində olduğu barədə məlumatın etibarlılığı ilə bağlı sualı cavablandırıb. Səfirlik konsulluğun açılması ilə bağlı Ermənistan tərəfində hər hansı müraciət edilmədiyini bildirib.
Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirlyi də analoji sorğuya cavabında bununla bağlı Rusiya səfirliyindən rəsmi müraciətin daxil olmadığını bildirib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu