Bakı Limanı Niderlandda keçirilən “Breakbulk Europe” sərgisində təmsil olunur


Niderlandın Roterdam şəhərində keçirilən “Breakbulk Europe” logistika sərgisində Bakı Limanı da iştirak edir.



AFN.az xəbər verir ki, sərgidə 26 ölkədən 600-dən çox aparıcı liman, nəqliyyat və logistika şirkətlərinin təmsil olunur. Tədbirdə iştirak üçün 11 mindən çox ziyarətçi qeydiyyatdan keçib.

Sərgidə Bakı Limanının təqdim etdiyi xidmətlər barədə yük sahiblərinə və beynəlxalq logistika şirkətlərinin rəsmilərinə ətraflı məlumat təqdim edilir, limandan keçən beynəlxalq nəqliyyat dəhlizlərindəki son yeniliklərlə bağlı məlumat verilir.

Sərgi çərçivəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi və Bakı Limanına əlavə yükün cəlbi üçün bir sıra logistika şirkətlərinin rəhbər şəxsləri ilə görüşlərin keçirilməsi də nəzərdə tutulur.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu