"Fitch" qlobal xidmət inflyasiyasının "yapışqan" qalacağını proqnozlaşdırır
Beynəlxalq kredit reytinq agentliyi "Fitch Ratings" qlobal inflyasiyanın azaldığını, lakin xidmət sektoru qiymətlərindəki inadkar artımın bu enişləri pozduğunu bildirib.
"Fitch"dən verilən açıqlamada, ərzaq və enerji qiymətlərindəki artımın tərsinə çevrilməsi ilə inflyasiyanın sürətlə yavaşladığı bildirilib.
Bəyanatda baza inflyasiyanın da aşağı düşdüyü və bir çox ölkədə pandemiyadan əvvəlki tendensiyaya və ya ümumiyyətlə sabit səviyyələrə qayıtdığı vurğulanıb. Lakin əsas malların qiymətlərinin birbaşa düşəcəyinə dair çox az işarənin olduğu, bu istiqamətdə ciddi dəyişikliyin olması üçün xidmətlər inflyasiyasının sürətlə düşməli olduğu bildirilib.
"Fitch" təhlilçiləri xidmət inflyasiyasının "yapışqan" qalacağını, qlobal inflyasiya dərəcələrinin azaldığnıı, lakin xidmət sektoru qiymətlərindəki inadkar artım səbəbiylə bu enişlərin pozulduğunu qeyd ediblər.
Təşkilatın açıqlamasında xüsusilə inkişaf etmiş iqtisadiyyatlarda yüksək xidmət inflyasiyasına mənzil xərclərinin də təsir etdiyi vurğulanıb.