Avropa Mərkəzi Bankından inflyasiya ilə bağlı xəbərdarlıq


Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard inflyasiya təzyiqlərinin yüksək olaraq qaldığını bildirərək, inflyasiyanın pik həddə çatdığına dair heç bir aydın dəlilin olmadığını vurğulayıb.


AFN.az xəbər verir ki, o, bu barədə Avropa Parlamentinin (AP) İqtisadi və Maliyyə Məsələləri Komitəsinin Brüsseldə keçirilən Monetar Dialoq sessiyasında çıxışə zamanı bildirib.

Avro Bölgəsində iqtisadi artımın 2023-cü ilin əvvəlində demək olar ki, dayandığını ifadə edən Laqard, iqtisadi fəallığın enerji qiymətlərindəki azalma, tədarük darboğazlarının yumşaldılması və fiskal siyasətlərlə dəstəkləndiyini ifadə edib.

"Hökumətlər enerji böhranı yüngülləşdikcə müvafiq dəstək tədbirlərini dərhal və ahəngdar şəkildə geri çəkməlidirlər" deyə Laqard vurğulayıb.

Enerji dəstəyinin saxlanmasının orta müddətli dövrdə inflyasiya təzyiqlərini artıracağını açıqlayan Laqard, bu halda daha güclü pul siyasətinin tələb oluna biləcəyini ifadə edib.

İstehsal sektorunun hələ də geridə qalan sifarişlərlə işlədiyini, lakin sektor gözləntilərinin pisləşdiyini qeyd edən Laqard, xüsusilə pandemiyadan sonra iqtisadiyyatın yenidən açılması ilə xidmət sektorunun dayanıqlığını qoruduğunu söyləyib.

İnflyasiyanın keçən oktyabr ayında pik həddinə çatdıqdan sonra gerilədiyini xatırladan Laqard, may ayında Avro Bölgəsində inflyasiyanın yüzdə 6,1 olduğunu xatırladıb.

İnflyasiya təzyiqlərinin yüksək olaraq qaldığını vurğulayan Laqard, əsas inflyasiyanın zirvəyə çatdığına dair heç bir aydın dəlilin olmadığını vurğuladı.

Laqard, "Yüksək inflyasiya Avro Bölgəsində yaşayan insanları sıxışdırır" və enerji inflyasiyasındakı azalmaya baxmayaraq, yüksək ərzaq inflyasiyasının xüsusilə aşağı gəlirli insanlara təzyiq göstərməyə davam etdiyini söyləyib.

İnflyasiya ilə mübarizədə qərarlı olduqlarına diqqət çəkən Laqard, may ayında keçirdikləri toplantıda yüksək inflyasiya təzyiqləri səbəbiylə faiz dərəcələrini 25 baz bənd artırdıqlarının vurğulayıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu