Kristin Laqard: "Trampın yenidən ABŞ prezidenti seçilməsi Avropa üçün təhlükədir"
Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard bəyan edib ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın yenidən prezident seçilməsi Avropa üçün təhdid yarada bilər.
“France 2” verilişində qonaq olan Laqard Trampın yenidən ABŞ prezidenti seçilmə ehtimalını dəyərləndirib.
Laqard şərh edib ki, Trampın 4 illik hakimiyyətdə etdiyi hərəkətlərdən dərs alınsa, onun yenidən prezident seçilməsi Avropa üçün təhlükə yarada bilər.
ECB prezidenti, "Gömrük tariflərinə, NATO-ya xidmət öhdəliyinə və iqlim dəyişikliyi ilə mübarizəyə baxmaq kifayətdir. Təkcə bu 3 sahədə belə tarixən ABŞ-ın maraqları Avropanın maraqları ilə üst-üstə düşməyib" deyə vurğulayıb.