"S&P" İsrailin kredit reytinqinin proqnozunu "neqativ"ə dəyişdi


Beynəlxalq kredit reytinq agentliyi "Standard & Poor's" ("S&P") İsrailin kredit reytinqini "AA-" olaraq təsdiqləyib və geosiyasi risklər səbəbindən reytinq proqnozunu "stabil"dən "neqativ"ə dəyişib.



Qurumdan verilən açıqlamada İsrailin uzun və qısamüddətli xarici valyuta və yerli valyutada kredit reytinqlərinin "AA-/A-1+" olaraq təsdiqləndiyi bildirilib.

Açıqlamada ölkənin kredit reytinqi proqnozunun "stabil"dən "neqativ"ə dəyişdirildiyi və mənfi proqnozun İsrail-Fələstin münaqişəsinin daha geniş əraziyə yayılma riskinin olduğu qeyd edilib.

Bəyanatda vurğulanıb ki, "S&P" hazırda münaqişənin mərkəzi Qəzzada qalacağını və 3-6 aydan çox davam etməyəcəyini fərz edir, lakin onun daha geniş əraziyə yayılaraq iqtisadiyyata daha əhəmiyyətli mənfi təsir göstərməsi riski də var.

İsrail və Fələstin arasında qarşıdurmaların şiddətlənməsinin ardınca digər beynəlxalq kredit reytinq agentliyi "Fitch Ratings" də ötən həftənin əvvəlində İsrailin “A+” kredit reytinqini geosiyasi risklərə görə mənfi izləndiyini açıqlamışdı.

"Fitch" xəbərdarlıq etmişdi ki, İsrail-Fələstin münaqişəsinin bölgədəki digər aktorların da iştirakı ilə gərginləşməsi reytinqin aşağı salınması ilə nəticələnə bilər.

"Moody's" də keçən həftə İsrailin "A1" kredit reytinqini mümkün azaldılması üçün nəzərdən keçirdiyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu