“Moody’s” Azərbaycanın kredit reytinqi üzrə proqnozunu yaxşılaşdırıb
“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli emitent və təminatsız borclar üzrə reytinqini "Ba2" səviyyəsində təsdiq edib.
"Report" bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, qurum reytinq üzrə proqnozunu isə "Sabit"dən "Müsbət"ə dəyişdirib.
Agentliyin açıqlamasında deyilir ki, “müsbət” proqnoz “Moody’s”in idarəetmənin və xüsusən də siyasi idarəetmədə yaxşılamanı qiymətləndirməsini, həmçinin aşağı səviyyədə olsa da hökumətin dayanıqlı kredit profilini əks etdirir.
Xüsusilə də monetar və mikro siyasət çərçivəsində xarici və bank sektorunun şoklar qarşı davamlılığını artırmaq məqsədi ilə sabitliyin təşviqi, fiskal buferlərdən effektiv istifadə hökumətin maliyyə və borc göstəricilərindəki pisləşmənin qarşısını ala bilər.