Moody's: Rusiya-Ukrayna müharibəsi qlobal inflyasiya risklərini artırır


Beynəlxalq reytinq agentliyi Moody's Rusiya-Ukrayna müharibəsinin yüksək inflyasiyadan qaynaqlanan qlobal iqtisadiyyat üçün riskləri artırdığını açıqlayıb.


Moody's-dən verilən açıqlamada yüksək inflyasiyanın daha uzun dövrlərinin sosial gərginliyi artıra və yüksək qiymətlərin təsirini azaltmaq üçün hökumətlərin xərcləmələri üçün təzyiqləri artıra biləcəyi qeyd edilib.
Açıqlamada Rusiya-Ukrayna müharibəsinin potensial riskləri artırdığı, mövcud vəziyyətin ölkələrin kredit keyfiyyətinə təsirlərinin borc yükü, ödəmə qabiliyyəti, institusional güc və siyasi risklərdən asılı olaraq dəyişə biləcəyi bildirilib.

Bəyanatda fikirləri yer alan Moody's-in vitse-prezidenti və baş analitik Samar Maziad deyib:

"Rusiya-Ukrayna hərbi münaqişəsi uzunmüddətli çox yüksək enerji qiymətlərinə səbəb ola bilər. Ərzaq və yanacaq qiymətləri yüksəlir, tədarük zəncirində fasilələr davam edir. Risklər daha uzun müddət ərzində daha yüksək inflyasiyaya doğru artıb. Davam edən yüksək inflyasiya, xüsusən də real ÜDM artımını yavaşlatır. və Artan real faiz dərəcələri ölkələrə mənfi kredit təsirləri göstərəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu