"Moody's": "G20-nin iqtisadi artımı bu il azalacaq"


Beynəlxalq kredit reytinq agentliyi Moody's keçən il 2,9 faiz olan G20 iqtisadi artımının 2024-cü ildə 2,4 faizə düşəcəyini gözlədiyini bildirib.


Moody's Qlobal Makro Görünüş 2024-25 Hesabatının fevral yeniləməsini "G20 iqtisadiyyatlarının artımı 2024-cü ildə bir qədər aşağı səviyyədə sabitləşəcək" başlığı ilə dərc edib.

Hesabatda qlobal iqtisadiyyatın inkişaf etmiş və inkişaf etməkdə olan bazarlarda iqtisadi fəaliyyətlərin davamlı normallaşması ilə Covid-19-dan sonrakı tarazlığa keçdiyi və effektiv siyasət manevrləri kimi yaxşı amillər səbəbiylə bir çox inkişaf etmiş iqtisadiyyatlar üçün yumşaq eniş olacağı ifadə edilib.

Hesabatda ABŞ-ın güclü iqtisadiyyatı ilə yanaşı, bir çox inkişaf etməkdə olan ölkədə davamlı və gözləniləndən daha güclü pandemiyadan sonrakı bərpaların konstruktiv artım mənzərəsi yaratdığına diqqət çəkilərək, ABŞ Federal Ehtiyat Sistemi (FED) və Avropa Mərkəzi Bankının ( ECB) ehtimal ki, ikinci rübdə faiz dərəcələrini azaltmağa başlayacağı qeyd edilib.

Hesabatda geosiyasi risklərin və inflyasiyanın iqtisadi perspektiv üçün potensial təhdidlər olaraq qaldığı vurğulanıb və qlobal istehsal və ticarət mühitinin geosiyasi dəyişikliklərlə ahəngdar şəkildə inkişaf edəcəyi bildirilib.

Hesabatda G20-nin qlobal artımının 2022 və 2023-cü il səviyyələri ilə müqayisədə azalma ehtimalının olduğu, keçən il 2,9 faiz olan G20 iqtisadi artımının 2024-cü ildə 2,4 faiz, 2025-ci ildə isə 2,6 faiz olacağı proqnozlaşdırılıb.

Hesabatda inkişaf etmiş G20 iqtisadiyyatlarının bu il 1,5 faiz, gələn il 1,6 faiz, inkişaf etməkdə olan iqtisadiyyatların isə müvafiq olaraq 3,8 və 3,9 faiz artacağı gözlənildiyi və bu il daralma ehtimalı olan yeganə G20 iqtisadiyyatının Argentina olduğu qeyd edilib.

Hesabatda FED, ECB və Yaponiya Bankının (BoJ) faiz dərəcələrini azaltmaq və normallaşdırmaq yolunda olduğuna diqqət çəkilib və inflyasiyanın aşağı istiqamətdə qalması şərti ilə əsas mərkəzi bankların pul siyasətini vaxtında normallaşdırmağa başlayacaqları vurğulanıb.

Hesabatda Moody's-in FED-in 2024-cü ildə faiz dərəcəsini 100 baza bəndi azaldıb 4,25-4,50 faizə endirəcəyi və 2025-ci ildə daha da aşağı salacağına dair gözləntilərini qoruduğu və ECB-nin ikinci rübdə siyasət normallaşmasına başlamasının gözlənildiyi ifadə edilib.

Hesabatda ötən illə müqayisədə makroiqtisadi risklərin azaldığı, geosiyasi risklərin ön plana çıxdığı qeyd edilib.

Hesabatda əsas makroiqtisadi və maliyyə risklərinə inflyasiya, faiz dərəcələrinin yekun səviyyəsi ilə bağlı qeyri-müəyyənlik və maliyyə sektorunda zəifliklər daxil olduğu, geosiyasi hadisələrin əmtəə bazarları və qlobal ticarət üçün risklər yaratmağa davam etdiyi bildirilib.

Hesabatda davam edən Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki qarşıdurmalar və Asiyada gərginliyin regional və qlobal böyüməyə ciddi qeyri-müəyyənliklər əlavə etdiyi vurğulanaraq, daxili iqtisadi və ticarət siyasətləri ilə texnologiya transferlərinin də xarici siyasət tərəfindən formalaşacağı açıqlanıb.

Moody's ABŞ, Hindistan və Rusiya iqtisadiyyatları və ümumilikdə G20 üçün bu il artım proqnozlarında yuxarıya doğru revizion etsə də, Avrozona, Almaniya, Səudiyyə Ərəbistanı və Argentina üçün gözləntilərini aşağı salıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu