ADB Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə iqtisadi artım proqnozlarını azaldıb
Asiya İnkişaf Bankı (ADB) Qafqaz və Mərkəzi Asiya regionu üçün ÜDM-in artım proqnozunu 2023-cü ildə 0,1 faiz bəndi, 2024-cü ildə isə 0,2 faiz bəndi aşağı salıb.
“Report” xəbər verir ki, bu barədə ADB-nin Asiya ölkələrinin iqtisadi artım proqnozu ilə bağlı "İnflyasiya ilə güclü inkişaf" adlı hesabatında bildirilib.
Belə ki, iqtisadi artım proqnozu 2023-cü il üçün aprel ayında dərc edilən proqnoza qarşı 4,4 %-dən 4,3 %-ə, 2024-cü il üçün 4,6 %-dən 4,4 %-ə endirilib.
Qeyd edilib ki, hər iki dəyişiklik Azərbaycan və Türkmənistanın proqnozlarının aşağı salınmasını əks etdirir.
"Azərbaycanda neft və qaz hasilatı 2023-cü ilin ilk 5 ayında gözləniləndən aşağı düşüb və qlobal neft qiymətlərində də azalma baş verib. 2023-cü ilin yanvar-may aylarında Gürcüstan, Qazaxıstan və Tacikistanla bağlı iqtisadi gözləntilər cüzi artırılsa da, bu artımlar Azərbaycan və Türkmənistanla bağlı azalmaları tarazlamağa kifayət etmir", - ADB bildirir.