Dünya Bankı Azərbaycanın 2025-ci ilə kimi iqtisadi artım proqnozunu yeniləyib


Dünya Bankı (DB) 2023-cü ildə Azərbaycanın real ümumdaxili məhsulunun (ÜDM) artımı ilə bağlı proqnozunu açıqlayıb.


Bu barədə Dünya Bankının hesabatında bildirilib. Dünya Bankına görə, bu il Azərbaycanda iqtisadiyyatın artımı 2,2% təşkil edəcək. Bu isə Dünya Bankının 2023-ci ilin yanvar proqnozu ilə müqayisədə 0,6% azdır.

Dünya Bankı həmçinin, 2024-cü ildə Azərbaycan iqtisadiyyatının ötən proqnoza nisbətən 0,1% az, yəni 2,1% artacağını müəyyən edib. Hesabata görə, 2025-ci ildə isə Azərbaycanda real ÜDM-in artımı 2,6%-ə yüksələcək. ("APA-Economics")



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu