Dünya iqtisadiyyatı itirilmiş onillikdədir - Dünya Bankı


Dünya iqtisadiyyatının uzunmüddətli artım templəri 2030-cu ilə qədər son 30 ilin ən aşağı səviyyələrinə düşəcək.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Dünya Bankının ekspertləri bunu "itirilmiş onillik" kimi xarakterizə edirlər. Bu haqda qurumun açıqladığı hesabatda yer alıb.

Hesabat müəllifləri vurğulayıblar ki, son üç onillikdə tərəqqi və rifahı təmin edən, demək olar ki, bütün iqtisadi qüvvələrin gücü tükənir. "Nəticədə, 2022-2030-cu illər arasında qlobal ÜDM-in orta potensial artımının bu əsrin birinci onilliyində mövcud olan tempdən təxminən üçdə biri azalaraq ildə 2,2%-ə düşəcəyi gözlənilir. İnkişaf etməkdə olan iqtisadiyyatlar üçün bu azalma kəskin olacaq - 2000-2010-cu illər arasında ildə 6%-dən bu onilliyin qalan illərində ildə 4%-ə qədər" - deyə DB ekspertləri qeyd edirlər.

Qurumun baş iqtisadçısı Indermit Gill vurğulayıb ki, hazırda dünya iqtisadiyyatı itirilmiş onillikdədir.

Bununla yanaşı, Dünya Bankı hesab edir ki, dünya ÜDM-nin artım tempini 0,7 faiz bəndi, orta illik 2,9 faiz səviyyəsinə qədər artırmaq olar. Bunun üçün ölkələr “davamlı artım yönümlü siyasətlər” hazırlamalıdırlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu