Aparıcı bankların ilk 5-liyində olan "PaşaBank" və "Muğanbank"ın kredit reytinqi neqativ qiymətləndirildi


Standard & Poor’s beynəlxalq kredit dərəcələndirmə şirkəti Azərbaycanın 3 bankının reytinqini açıqlayıb. Məlumata görə, uzun və qısamüddətli reytinqi müvafiq olaraq "Kapital Bank" üzrə BB-/B, "PAŞA Bank" üzrə B+/B, "Muğan Bank" üzrə B-/B səviyyəsində təsdiqləyib.

AFN.az-ın məlumatına görə, iqtisadçı ekspert Rövşən Ağayev qiymətləndirmə ilə bağlı açıqlama verib: "Maraqlananlar bilir, ən sadə izahla desək, kredit reytinqi borclanan subyektlərin (dövlət, bələdiyyə, maliyyə instituları, istiqraz vasitəsilə borc bazarına çıxan şirkətlərin və s.) ödəmə qabiliyyətliliyini əks etdirir. Yəni qeyd elədiyim subyektlərin reytinqinə baxan hər kəs öz pulunu borc kimi onlara borc verib-verə bilməyəcəyinə qərar verə bilir. Məsələn, əgər reytinq "A" kateqoriyasına aiddirsə (bu kateqoriya özü də 3 səviyyədən ibarətdir), siz ən yaxın birinə etibar etdiyiniz kimi pulunuzu etubar edə bilərsiniz.
Reytinq "B" kateqoriyasına aiddirsə, neqativ sonuclarına qatlanmağı da göz altına alaraq pulunuzu əmanət edə bilərsiniz. Düzdür, "B" kateqoriyasının səviyyələrindən asılı olaraq risk dərəcəsi fərqlidir. Məsələn, 3 B səviyyəsi "investisiya reytinqi"dir və risk daha azdır. Səviyyə 2 B-yə düşdükdə, bu artıq qeyri-investiiya reytinqi hesab edilir".

Yuxarıda qeyd olunan dərəcələri nəyi göstərir?

Ekspertin sözlərinə görə, BB-/B - spekulyativ əlamətləri olar riskli səviyyədir: "B+/B və B-/B "yüksə səviyyədə spekulyativ" dərəcə hesab edilir.
Xüsusilə də sonuncu "Çox yükək kredit riski" dərəcəsindən ("C" kateqoriyası) bir öncəki pillədir.
Yeri gəlmişkən, Standard & Poors yanvar ayında Azərbaycan üçün də ölkə reytinqini təsdiqləyib - BB+/B səviyyəsində. Ölkə reytinqi "investisiya səviyyəsi" olmasa da, bankların reytinqindən daha yüksəkdir və şübhəsiz bu, Azərbaycanın böyükhəcmli xarici ehtiyatları ilə bağlıdır.
Bunndan başqa, ölkənin uzunmüddətli reytinqinin pozitiv olması onun gələcəkdə yüksəldilə biləcəyinə işarədir. Amma 2 bankda həmin göstərici neqativdir. Nəzərə almaq lazımdır ki, adıçəkilən banklardan 2-si ölkənin aparıcı banklarının ilk 5-liyinə daxildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu