Avropa İttifaqı Rusiyanın mümkün kiberhücumlarına qarşı hazırlaşır


Avropa İttifaqı iyunun 6-9-da keçiriləcək seçkilərə günlər qalmış Rusiyadan qaynaqlanan kiberhücum və dezinformasiya təhlükəsinə qarşı tədbirlərə diqqət yetirib.



Avropa İttifaqı (Aİ) Komissiyasının vitse-prezidenti Vera Jourova Brüsseldə Aİ ölkələrinin Avropa işlərindən məsul nazirlərini bir araya gətirən Ümumi Məsələlər Şurasının iclasından sonra mətbuata açıqlama verib.

İyunun 6-9-da keçiriləcək Avropa Parlamenti (AP) seçkilərinə xarici müdaxilənin qarşısını almaq üçün demokratiya turuna çıxdığını bildirən Jourova 11 üzv ölkəyə səfər etdiyini və bəziləri ilə onlayn əlaqə saxladığını bildirib.

Jourova "Bütün üzv ölkələrdə gördüyümüz hibrid təhlükələrə qarşı bir çox yeni tədbirlər görməli olduq. Üzv ölkələr də yeni təhdidlərə qarşı tədbirlər görməmizin vacibliyini hiss etdiklərini təsdiqlədilər" deyib.

Süni intellektdən istifadə edərək dezinformasiya üsulları ilə seçicilərin qavrayışını manipulyasiya etmək, məlumat əldə etmək, casusluq və lobbiçilik fəaliyyətləri ilə başlayan kiberhücumlar həyata keçirmək mümkün olduğunu izah edən Jourova, “Bizim həqiqətən də nisbətən yeni təhdidlərdən ibarət tam bir səbətimiz var. Biz müdafiəsiz deyilik, dezinformasiya əleyhinə kod və Rəqəmsal Xidmətlər Qanunu kimi tədbirlərimiz var"ifadələrini işlədib.

Jourova “Rusiya Avropa informasiya məkanına davamlı hücumlara inanılmaz vəsaitlər yatırır. Seçkilərə qədər son 10 gün ərzində müxtəlif növ hücumların artacağını proqnozlaşdırıram" deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu