Avropa İttifaqı 10 yeni ölkənin qəbuluna hazırlaşır
Avropa İttifaqı 10 yeni ölkəni qəbul etməyə hazırlaşmalıdır.
Bu barədə Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell bildirib.
"Reuters"in məlumatına görə, o, əlavə edib ki, Ukrayna münaqişəsi İttifaqın genişlənməsi prosesini sürətləndirib.
Onun sözlərinə görə, yeni ölkələrin qəbulu üçün vaxt çərçivəsinin razılaşdırılmasına ehtiyac var.
Borrell əlavə edib ki, Balkan ölkələri də Aİ-nin yeni üzvləri olmalıdır.