Borrell: "Rusiya Ukraynaya qarşı təcavüzünü yeni səviyyəyə qaldırıb"


Rusiya Ukraynanın cənubundakı Kaxovka su elektrik stansiyasının bəndini dağıtmaqla Ukraynaya qarşı təcavüzünü yeni səviyyəyə qaldırıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel deyib.
"Rusiyanın Ukraynanın mülki infrastrukturuna qarşı hücumları bu gün Kaxovka su elektrik bəndinin dağıdılması ilə görünməmiş səviyyəyə çatıb", - deyə Borrell bildirib. O qeyd edib ki, Avropa İttifaqı bu hücumu ən sərt şəkildə pisləyir: "Bu, Rusiya vəhşiliyinin yeni ölçüsüdür və beynəlxalq hüququn, xüsusən də beynəlxalq humanitar hüququn pozulmasını təşkil edə bilər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu